brandsDetail
İsveçrə
Cərrahiyə
brandsDetail
İsveçrə
Cərrahiyə
Brand logo

Straumann

Straumann, dünya miqyasında stomatologlara innovativ həllər təqdim edən implantologiya sahəsində qlobal liderdir. 60 ildən çox təcrübəyə malik olan Straumann, diş implantları, protezlər və rəqəmsal həllər daxil olmaqla geniş məhsul portfeli təqdim edir. Şirkət yüksək keyfiyyəti, etibarlılığı və qabaqcıl texnologiyaları ilə tanınır, bu da xəstələrin gülümsəmələrini dəqiqlik və davamlılıqla bərpa etməyə kömək edir. Straumann’ın elmi tədqiqatlara və davamlı innovasiyalara olan bağlılığı, onu stomatologiyada ən etibarlı markalardan biri etmişdir.

PDF kataloq
catalog
Straumann
Şəkil qalereyası

Qalereyada Straumann-un innovativ implant həllərini, stomatologiyanın inkişafına həsr olunmuş tədbirlərini və qlobal fəaliyyətdən seçilmiş anları görə bilərsiniz.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Sertifikatlar
Certificate 1
Brendlə bağlı bloqlar
blog
Sağlamlıq gigiyenadan başlayır!

Steril mühit yaratmaq – yalnız stomatoloji prosedurun keyfiyyəti üçün deyil, həm də pasiyentin və personalın təhlükəsizliyi üçün əsas şərtdir. Klinikada alətlərin təmizlənməsi və sterilizasiyası tək bir mərhələ deyil – bu, düzgün ardıcıllıqla aparılan çoxmərhələli bir prosesdir.

Aşağıda gigiyenanı təmin edən bu 5 əsas mərhələ ilə sizi tanış edirik:

Alətlərin ilkin uuyulması
Sterilizasiya prosesinin ilk addımı – alətlərin mexaniki və kimyəvi təmizlənməsidir. Bu mərhələ, qalıq çirkləri və bioloji materialların təmizlənməsi ilə növbəti addımların effektivliyi üçün zəmin yaradır. Düzgün yuyulmamış alətlərin sonrakı mərhələlərdə tam steril olması çətinləşir.

Ultrasonik vannada təmizləmə
Gözlə görünməyən təhlükələrə qarşı görünməyən güc! Ultrasonik vannalar yüksək frekanslı dalğalar vasitəsilə alətlərin üzərindəki mikroskopik qalıqları təmizləyir və bakteriyaları effektiv şəkildə aradan qaldırır. Bu mərhələ sterilizasiyanın uğuru üçün vacibdir.

Avtoklav prosesində sterilizasiya
Yüksək temperatur və təzyiq bir araya gələrək bakteriya, virus və sporların məhvini təmin edir. Avtoklav prosesi – gigiyena protokollarının “qızıl standartı” sayılır və alətlərin tam təhlükəsiz istifadəyə hazır vəziyyətə gəlməsini təmin edir.

Steril paketlənmə və saxlanma
Sterilizasiya olunmuş alətlərin düzgün şəkildə paketlənməsi və tozsuz, quru mühitdə saxlanması onların təmizliyini qorumaq üçün vacibdir. Bu mərhələnin düzgün icrası, müalicə zamanı infeksiya risklərini minimuma endirir və klinikanın peşəkarlığını göstərir.

Personalın qoruyucu geyimləri
Sterilizasiya yalnız alətlərə aid deyil. Klinik personalın tibbi maska, əlcək, önlük və üz sipəri kimi qoruyucu geyimlərdən istifadəsi həm onların öz sağlamlığını, həm də pasiyentin təhlükəsizliyini təmin edir. Bu, steril mühitin tamamlayıcı hissəsidir.

Steril mühit – diqqətlə planlanmış və ardıcıllıqla icra edilən bir sistemin nəticəsidir. Klinikada hər mərhələ öz rolunu oynayır və birlikdə pasiyentə təhlükəsiz, keyfiyyətli xidmət təqdim olunur. Unutmayaq: sağlamlıq gigiyenadan başlayır!

Daha çox öyrən
blog
Straumann implantlarının yüksək uğur faizi

Diş implantologiyası son illərdə tibbi texnologiyaların inkişafı ilə sürətlə irəliləyən sahələrdən biridir. Bu inkişafın mərkəzində isə keyfiyyətli implant sistemləri və onların təcrübəli mütəxəssislər tərəfindən tətbiqi dayanır. Adentta klinikasının peşəkar implantoloqu Dr. Azər Hüseynov, məhz bu sahədəki uğurlardan danışaraq Straumann implantlarının digər sistemlərə nisbətən daha yüksək uğur faizi ilə seçildiyini vurğulayır.

Dr. Hüseynovun sözlərinə görə, Straumann implantları dünyanın ən qabaqcıl markalarından biri olmaqla, həm bioloji uyğunluğu, həm də uzunömürlülüyü ilə tanınır. Onların pasientin sümük toxuması ilə yüksək səviyyədə inteqrasiya etməsi və sağalma prosesini sürətləndirməsi bu sistemin əsas üstünlüklərindəndir. Həm estetik baxımdan, həm də funksional cəhətdən Straumann implantları ilə əldə olunan nəticələr pasiyentlərin məmnuniyyət səviyyəsini artırır.

Videoda Dr. Hüseynov öz klinik təcrübəsinə əsaslanaraq qeyd edir ki, bu implantların tətbiqi zamanı komplikasiya riski minimumdur və düzgün planlaşdırma ilə demək olar ki, hər bir pasiyent üçün ideal nəticə əldə etmək mümkündür. Adentta olaraq biz pasiyentlərə yalnız ən yaxşısını təqdim etməyi qarşıya məqsəd qoymuşuq və Straumann kimi beynəlxalq brendlərlə əməkdaşlıq da bu yanaşmamızın bir hissəsidir.

Daha çox öyrən