
Diş implantologiyası son illərdə tibbi texnologiyaların inkişafı ilə sürətlə irəliləyən sahələrdən biridir. Bu inkişafın mərkəzində isə keyfiyyətli implant sistemləri və onların təcrübəli mütəxəssislər tərəfindən tətbiqi dayanır. Adentta klinikasının peşəkar implantoloqu Dr. Azər Hüseynov, məhz bu sahədəki uğurlardan danışaraq Straumann implantlarının digər sistemlərə nisbətən daha yüksək uğur faizi ilə seçildiyini vurğulayır.
Dr. Hüseynovun sözlərinə görə, Straumann implantları dünyanın ən qabaqcıl markalarından biri olmaqla, həm bioloji uyğunluğu, həm də uzunömürlülüyü ilə tanınır. Onların pasientin sümük toxuması ilə yüksək səviyyədə inteqrasiya etməsi və sağalma prosesini sürətləndirməsi bu sistemin əsas üstünlüklərindəndir. Həm estetik baxımdan, həm də funksional cəhətdən Straumann implantları ilə əldə olunan nəticələr pasiyentlərin məmnuniyyət səviyyəsini artırır.
Videoda Dr. Hüseynov öz klinik təcrübəsinə əsaslanaraq qeyd edir ki, bu implantların tətbiqi zamanı komplikasiya riski minimumdur və düzgün planlaşdırma ilə demək olar ki, hər bir pasiyent üçün ideal nəticə əldə etmək mümkündür. Adentta olaraq biz pasiyentlərə yalnız ən yaxşısını təqdim etməyi qarşıya məqsəd qoymuşuq və Straumann kimi beynəlxalq brendlərlə əməkdaşlıq da bu yanaşmamızın bir hissəsidir.